Azərbaycan millisinin üzləşdiyi fiaskonun nəticəsi

13 Sentyabr 2021 00:56 Voleybol 1 111
Azərbaycan millisinin üzləşdiyi fiaskonun nəticəsi

Qadın voleybolçulardan ibarət milli komandaların Avropa reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, AVRO-2021-in oyunları başa çatdıqdan sonra açıqlanan siyahıda bəzi dəyişikliklər olub.

Avropa Voleybol Konfederasiyasının (CEV) siyahısında yer alan Azərbaycan millisinin də mövqeyi dəyişib. Qitə çempionatında fiasko ilə üzləşən Vüqar Əliyevin yetirmələri turnirdə cəmi 54 xal qazanıb.

Bu da millimizin xal hesabını 185-ə çatdırıb. Komandamız bu göstərici ilə Avropada 11-cidir.

Yığma ötən cədvəllə müqayisədə 5 pillə geriləyib. Millimizi Rusiya, Almaniya, Polşa, Xorvatiya və Belçika keçib.

Cədvələ Serbiya (248), İtaliya (244) və Türkiyə (236) yığmaları başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!