Tanınmış məşqçi Azərbaycanda klub çalışdırmaq istəyir

6 Sentyabr 2021 21:20 Voleybol 1 859
Tanınmış məşqçi Azərbaycanda klub çalışdırmaq istəyir

Zoran Qayiç yenidən Azərbaycanda çalışmaq arzusundadır.

Vaxtilə “Rabitə” və “Telekom”u çalışdıran, hazırda Serbiya Voleybol Federasiyasının prezidenti postunu tutan mütəxəssis bildirib ki, yenidən ölkəmizdən təklif alsa, məmnuniyyətlə gələr.

Sportinfo.az xəbər verir ki, o, bu haqda aşağıdakıları söyləyib:

“Bir neçə il Azərbaycanda “Rabitə” klubunda çalışmışam. Hazırda Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov o zaman bu klubun prezidenti idi.

Onun rəhbərliyi altında komandamız çox böyük işlər həyata keçirib. “Rabitə” dünya çempionu olub, bir neçə dəfə ölkə birinciliyinin qalibi adını qazanıb.

Sizi inandırım ki, mənə yenə də Cəlil Cəfərovla birgə işləmək və Azərbaycanda bir komandanı idarə etmək təklif olunarsa, düşünmədən bunu qəbul edərəm.

Çünki Azərbaycan voleyboluna, oradakı təşkilatçılığa bələdəm. Azərbaycan mənə çox doğma ölkədir.

Bir neçə ildir ki, Serbiya Voleybol Federasiyasının prezidentiyəm. Azərbaycan və Serbiya arasında hər zaman gözəl münasibət olub və inanıram ki, bu münasibət hələ çox davam edəcək.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə, AVF-nin baş katibi Cəlil Cəfərovla çox yaxşı münasibətlərimiz var.

Onlar voleybolu çox sevən idman adamlardır və hər zaman ölkədə voleybolun inkişafı üçün çalışıblar. İnanıram ki, Azərbaycanın güclü ölkə çempionatı və Avropa, dünya səviyyəsində güclü voleybolçuları olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu