Yığmamızın hücumçusu Qazaxıstan klubu ilə müqavilə imzaladı

5 Sentyabr 2021 16:40 Voleybol 1 227
Yığmamızın hücumçusu Qazaxıstan klubu ilə müqavilə imzaladı

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, milliləşən legioner karyerasını Qazaxıstanda davam etdirəcək.

32 yaşlı hücumçu “Jetısu” ilə müqavilə imzalayıb. Qurbanova bir mövsüm bu komandanın uğurları üçün çalışacaq.

Anastasiya karyerası ərzində “Azərreyl” (Azərbaycan), “Proton” (Rusiya), “Venel” (Fransa), “Karfaj” (Tunis) və “Adam” (Türkiyə) klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"