Azərbaycan 24 komanda arasında 24-cü yeri tutdu

31 Avqust 2021 01:10 Voleybol 883
Azərbaycan 24 komanda arasında 24-cü yeri tutdu

Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinə yüksələ bilməyən 8 komandanın yekun sıralamadakı mövqeləri dəqiqləşib.

Azərbaycan yığması 24 komandanın qatıldığı final mərhələsini 24-cü sırada başa vurub. Buna Vüqar Əliyevin yetirmələrinin qrup sonuncuları arasında ən bərbad nəticə göstərməsi səbəb olub.

Millimiz keçirdiyi 5 matçda xala həsrət qalıb və yalnız 1 setdə qalib gəlib.

Digər qrup sonuncularından İsveçrə (2 xal, setlər – 4:14) və Yunanıstan (2 xal, setlər – 2:15) xallarının sayına görə millimizi qabaqlayıb.

AVRO-2021-i bizim kimi xalsız başa vuran digər yığma Rumıniya (0 xal, setlər – 3:15) olsa da, onların set fərqi daha yaxşıdır.

Digər Xəbərlər
Xəbər Lenti