“Mənim üçün bu insanlarla yol qət etmək şərəfdir”

30 Avqust 2021 01:10 Voleybol 862
“Mənim üçün bu insanlarla yol qət etmək şərəfdir”

“Bütün bu aylar ərzində yığmada olan hər kəsə təşəkkür edirəm.

Hər məşq, hər oyun, hər saniyə üçün çox sağ olun”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Anastasiya Baydyuk deyib.

Milliləşən legioner paylaşımında AVRO-2021-də biabırçı çıxış edən yığmamızın heyətində olduğu üçün hər kəsə təşəkkürünü bildirib:

“Bu şans üçün təşəkkürlər. Mənim üçün bu komanda, bu insanlarla yol qət etmək şərəfdir. Hələ hər şey irəlidədir. Özümüzə inanıram”.

Avropa çempionatının final mərhələsində keçirdiyi 5 oyununda uduzan millimiz yalnız bir set qazana bilib.

Digər Xəbərlər
Xəbər Lenti