"Azərbaycan yığmasını asanlıqla udsaq da, səhvlərimiz oldu"

24 Avqust 2021 11:00 Voleybol 1 222
"Azərbaycan yığmasını asanlıqla udsaq da, səhvlərimiz oldu"

“Azərbaycanla oyun daha asan oldu. Fransa ilə görüşümüz daha çətin alınmışdı”.

Sportinfo.az xəbər verir ki, bunu Rusiya yığmasının voleybolçusu Polina Matveyeva deyib.

O, AVRO-2021-in Azərbaycan yığması ilə oyunundakı 3:0 hesablı qələbəyə şərh verib:

“Qələbə qazansaq da, səhvlərimiz oldu. Bəzi çatışmazlıqlar var.

Onların üzərində hələ işləməliyik. İndi növbəti oyun barədə düşünürük. Qarşıdakı matça hazırlaşmalıyıq”.

Azərbaycan yığması Belçika, Bosniya və Herseqovina, Rusiya ilə görüşlərin hamısında 0:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti