"Mənim adım-sanım var, iki klubla necə işləyim?" - ŞİKAYƏT

22 Avqust 2021 16:20 Voleybol 940
"Mənim adım-sanım var, iki klubla necə işləyim?" - ŞİKAYƏT

"Mən indi gənc məşqçilər yetişdirməli, məsləhətçi işləməliyəm".

Sportinfo.az xəbər verir ki, bu açıqlama Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevə məxsusdur.

Təcrübəli mütəxəssisin sözlərinə görə, onun yeri kabinet yox, idman zalıdır: "Klub olmayandan sonra oyunçular, məşqçilər nə etsinlər, harada işləsinlər? Bu işi düzgün qurmaq lazımdır ki, davam etsin.

İki klubla çempionatı necə saxlamaq olar? Niyə "Rabitə"ni, digər klubları açmırlar?. Bu, milli məsələdir. Voleybola maraq yaratmalıdırlar.

Ümumiyyətlə, söhbət bütün idman növlərindən gedir. Yuxarıdan göstəriş verilməli, 4 illik proqram hazırlanmalıdır. Mənim adım-sanım var. İki klubla necə işləyim?".

Xəbər Lenti