Yığmamız bu dəfə debütantla da bacarmadı

22 Avqust 2021 00:56 Voleybol 908
Yığmamız bu dəfə debütantla da bacarmadı

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, ardıcıl 9-cu dəfə qitə çempionatına qatılan Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri Bosniya və Herseqovinanı sınağa çəkib. Qrupun iki ən zəif yığmasının görüşü sonuncu olmamaq uğrunda prinsipiallıq daşısa da, təmsilçimiz biabırçı məğlubiyyətdən qaça bilməyib.

Avropa çempionatının debütantı voleybolçularımıza set vermədən qalib gəliblər. Nəticədə millimiz sonuncu pilləyə yuvarlanıb.

Hər qrupdan 4 ən yaxşı komanda 1/8 finala yüksələcək.

AVRO-2021 / Qrup mərhələsi
A qrupu, II tur

Azərbaycan – Bosniya və Herseqovina - 0:3 (14:25, 23:25, 17:25)
Belqrad. “Ştark Arena”

yer

komanda

Q

M

X

S/F

T/F

1

Serbiya

1

0

3

3-0

75-43

2

Belçika

1

0

3

3-0

76-50

3

Rusiya

1

0

3

3-1

89-82

4

Bosniya və H.

1

1

3

3-3

118-129

5

Fransa

0

1

0

1-3

82-89

6

Azərbaycan

0

2

0

0-6

104-151

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var