"Normal səviyyəmizə çatsaq, Azərbaycanı məğlub edə bilərik”

20 Avqust 2021 16:40 Voleybol 864
"Normal səviyyəmizə çatsaq, Azərbaycanı məğlub edə bilərik”

"Hazırlıq planlaşdırdığımız kimi getmədi.

Avropa çempionatını aparıcı hücumçumuz Kayya Qrobelnasız başa vurmalıyıq.

Əlbəttə, təslim olmamışıq. Mümkün qədər yaxşı məşq etmişik və turnirə yüksək əhval-ruhiyyədə başlayacağıq".

Sportinfo.az xəbər verir ki, bunu Belçika millisinin voleybolçusu Manon Streycer "hln.be" saytına açıqlamasında Azərbaycana qarşı keçirəcəkləri Avropa çempionatının A qrupunun ilk oyunu barədə danışarkən deyib.

22 yaşlı oyunçu bildirib ki, turnirə çətin qarşılaşma ilə start verəcəklər: "Normal səviyyəmizə çatsaq, Azərbaycanı, Bosniya və Herseqovinanı, həmçinin Fransanı məğlub edə bilərik.

İlk oyun olduqca vacibdir. Millətlər Liqasında ritmimizi və oyun səviyyəmizi ən qısa zamanda tapmalıyıq. Rəqibə hörmətlə yanaşırıq. Onları qiymətləndirməmək olmaz".

Avqustun 20-də keçiriləcək Azərbaycan - Belçika oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Yığmanın A qrupundakı rəqibləri Belçika ilə yanaşı, ev sahibi Serbiya, Rusiya, Fransa və Bosniya və Herseqovina olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!