Millimiz bu gün Avropa çempionatında ilk oyuna çıxır

20 Avqust 2021 13:20 Voleybol 1 095
Millimiz bu gün Avropa çempionatında ilk oyuna çıxır

Serbiyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün milli komandamız da mübarizəyə başlayır.

Millimiz qrupda ilk oyununu Belçika yığmasına qarşı keçirəcək.

Belqraddakı "Stark Arena"da keçiriləcək görüşü yunanıstanlı hakim Aleksandros Milonakis idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Yığmamız avqustun 21-də Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa voleybolçuları ilə qarşılaşacaq. Komandamızın oyunları İTV-də canlı yayımlanacaq.

Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, qadın voleybol yığmamız ardıcıl 9-cu dəfədir Avropa çempionatının final mərhələsində mübarizə aparır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada