"Çox darıxmışam" - FOTO

19 Avqust 2021 14:00 Voleybol 1 735
"Çox darıxmışam" - FOTO

"Voleybol üçün çox darıxmışam. Məlum səbəblərdən bu Avropa çempionatında iştirak edə bilmirəm.

Hazırda Serbiyadayam və yavaş-yavaş fiziki məşqlərə başlayıram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin voleybolçusu Yelizaveta Krneta deyib.

26 yaşlı oyunçu yığmanın avqustun 20-də Avropa çempionatında ilk qarşılaşmasına çıxacağını xatırladıb:

"İki qat sevincliyəm, çünki milli qrup oyunlarını Serbiyanın paytaxtı Belqradda oynayacaq. Çalışacam ki, komandamın bütün matçlarını arenadan izləyim və onlara dəstək olum".

A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçikaya qarşı olacaq.

Qrupda həmçinin Bosniya və Herseqovina, Rusiya, Fransa və Serbiya yığmaları da yer alıb. Yelizaveta Səmədova analıq məzuniyyətində olduğu üçün heyətə daxil edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"