"Dedi ki, gücüm cəmi 2 klub saxlamağa çatır"

15 Avqust 2021 23:00 Voleybol 1 122
"Dedi ki, gücüm cəmi 2 klub saxlamağa çatır"

"İlham Əliyev hamımızın prezidentidir. Məni Türkiyədən dəvət etdi, hər şeyə sıfırdan başladıq".

Sportinfo.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev çıxış edib,

O hər kəsin voleyboldan uğur gözlədiyini söyləyib: "Dörd dəfə dünya çempionatında çıxış etmişik, 9 dəfə Avropa çempionatında final oynamışıq.

Amma bu gün bizdə klublar yoxdur. Pandemiyadan öncə Cavid Qurbanov işi öz üstünə götürmüşdü. Ondan sonra dedi ki, gücüm cəmi 2 klub saxlamağa çatır.

Banklarla, şirkətlərlə görüşürük. "Vakıfbank"ı Çempionlar Liqasında final oynadan ilk baş məşqçi mənəm. Hələ 1997-ci ildə bu komandaya 1,5 - 2 milyon ayırırdılar.

Bu gün bizdə hansısa bank klub saxlayır? Xeyr. Mən kiməm ki, hansısa bankdan bunu istəyim. Onlara da deyilməlidir".

Digər Xəbərlər
Xəbər Lenti