Daha susa bilmədi: “Ürəyim ağrıyır, bir kişi və bir qadın klubu ilə nə edə bilərik?”

11 Avqust 2021 23:20 Voleybol 745
Daha susa bilmədi: “Ürəyim ağrıyır, bir kişi və bir qadın klubu ilə nə edə bilərik?”

"Eyni şeyi hər dəfə danışmaq istəmirəm. Bugünkü vəziyyəti yaxşı bilirsiniz.

Rəhbərliklə də söhbətimizdə bu barədə ürək ağrısı ilə danışıram".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev mətbuat konfransında ölkədə bu idman növünün vəziyyəti barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycanda hər zaman voleybol olub: "Ölkədə voleybol çox sevilir. Əfsuslar olsun ki, klublar qəflətən bağlanmağa başladı.

Çox görüşlərim oldu. Buna biganə qala bilməzdim. Nazirlərlə görüşdüm, cənab Prezidentə də məlumat verdim. Belə olmaz axı.

Fərdi idman növlərində fərqli, komanda növlərində vəziyyət fərqlidir. Klub rəhbərlərini çağırmışam, onlarla iclas keçirdim.

Klublar olmasa, inkişaf mümkün deyil. Futbolda heç olmasa 8 klub var. Cavid Qurbanovla da görüşmüşəm. Bir kişi və bir qadın klubu ilə nə edə bilərik?

İki Azərbaycan komandası ardıcıl 2 dəfə avrokuboklarda final oynayıb və ölkəyə ən güclü voleybolçular gəlir.

Futbola görə də ürəyim ağrıyır. Mən voleybola həyatımı vermişəm".

Digər Xəbərlər
Xəbər Lenti