Millimizin hücumçusu: "Braziliyada oynamaq mənim xəyalım idi"

21 İyul 2021 00:56 Voleybol 637
Millimizin hücumçusu: "Braziliyada oynamaq mənim xəyalım idi"

"Həmişə xəyallarımdan biri Braziliyada oynamaq idi. Bu fürsətə sahib olduğum üçün çox xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva Braziliyanın "Sesi" klubuna keçidi barədə yerli mətbuata açıqlamasında deyib.

31 yaşlı hücumçu cənubi amerikalıları çox sevdiyini söyləyib: "Əminəm ki, Braziliyada evimdəki kimi hiss edəcəyəm".

Əliyava bu həftə yeni komandasına qoşulmaq üçün səbrsizliklə gözlədiyini bildirib. O, hədəflərinin yüksək olduğunu və yaxşı nəticələrə ümid etdiyini sözlərinə əlavə edib.

Odina Əliyeva ötən mövsüm ABŞ-ın Pro Liqasında mübarizə aparan “Atletes Unlimited”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti