Azərbaycan Polşa, Misir və Norveçə rəqib oldu - FOTO

8 İyul 2021 14:20 Voleybol 916
Azərbaycan Polşa, Misir və Norveçə rəqib oldu - FOTO

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Polşada beynəlxalq turnirdə çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda iyulun 9-11-də keçiriləcək ənənəvi “Vaqner Memorial”da qüvvəsini sınayacaq.

Dairəvi sistemlə baş tutacaq yarışda millimizin rəqibləri ev sahibləri, Misir və Norveç yığmaları olacaq.

Voleybolçularımız iyulun 9-da Misirlə, ertəsi gün Polşa ilə üz-üzə gələcək. İyulun 11-də isə millimiz Norveçi sınağa çəkəcək.

komandamız artıq səfərə yollanıb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!