Azərbaycan yığmasının tam təqvimi təsdiqləndi - AVRO-2021 üçün

3 İyul 2021 14:20 Voleybol 768
Azərbaycan yığmasının tam təqvimi təsdiqləndi - AVRO-2021 üçün

Qadın voleybolçular arasında AVRO-2021-in final mərhələsinin tam təqvimi təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, 24 komandanın mübarizə aparacağı qitə çempionatının matçlarının başlama vaxtı və yeri dəqiqləşib.

4 ölkənin ev sahibliyi edəcəyi yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Yığmamız oyunları Serbiyada baş tutacaq A qrupunda meydan sahibləri, Bolqarıstan, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Voleybolçularımız ilk matçına avqustun 20-də çıxacaq. Millimiz həmin gün Belçika ilə görüşəcək.

Ertəsi gün Bosniya və Herseqovinana, ardınca Rusiya ilə görüşəcək Vüqar Əliyevin yetirmələri bir günlük istirahətdən sonra Serbiya, ardınca Fransa ilə üz-üzə gələcək.

Qeyd edək ki, sentyabrın 4-də yekunlaşacaq AVRO-2021-in ev sahibi Serbiya ilə yanaşı, Bolqarıstan, Xorvatiya və Rumıniya olacaq.

20 avqust
19:00. Azərbaycan - Belçika
21 avqust
20:00. Azərbaycan – Bosniya və Herseqovina
22 avqust
19:00. Rusiya – Azərbaycan
24 avqust
22:00. Azərbaycan - Serbiya
25 avqust
19:00. Fransa – Azərbaycan

Digər Xəbərlər
Xəbər Lenti