Azərbaycan millisi “Kür”ə yığışdı, 15 oyunçu tapıldı

28 İyun 2021 21:20 Voleybol 1 405
Azərbaycan millisi “Kür”ə yığışdı, 15 oyunçu tapıldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşqlərə start verib.

Sportinfo.az xəbər verir ki, 15 oyunçu yığmanın baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında toplanışa qatılıb.

Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun köməkçi-məşqçi olduqları komandanın hazırlığı avqustun 11-dək davam edəcək.

18 avqust - 4 sentyabrda keçiriləcək Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq.

Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək.

A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!