Millimiz yenə məğlub oldu - Yenilənib

29 May 2021 19:40 Voleybol 2 029
Millimiz yenə məğlub oldu - Yenilənib

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi ilk dövrəyə ev sahibliyi edən Rumıniya ilə üz-üzə gəlib.

I turda İspaniyaya 0:3 hesabı ilə uduzan komandamız bu dəfə də meydandan xalsız ayrılıb. Uğursuzluqla üzləşən voleybolçularımız 3 hissədə cəmi 38 xal toplayıblar. Nəticədə 2 turdan sonra millimiz nə set, nə xal yığa bilib. Qrupumuzun digər görüşündə isə Fransa və İspaniya üz-üzə gələcək.

Qeyd edək ki, ilk turdan sonra İspaniya 3 xalla qrup lideridir. Rumıniya 2, Fransa 1 xala malikdir. Millimiz isə xalsızdır. II tur, 29 may 18:00. Azərbaycan - Rumıniya - 0:3 (14:25, 13:25, 11:25) Hakimlər: İlian Georgiyev (Bolqarıstan), Predraq Balandiç (Serbiya) Kluj. “Horia Demian” idman zalı

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"