“Quru hesab”a üzüldük

27 May 2021 02:24 Voleybol 5 408
“Quru hesab”a üzüldük

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyada ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Qızıl Avropa Liqasına hazırlaşan yığmamız ev sahibləri ilə daha bir matçda gücünü yoxlayıb.

İlk qarşılaşmada olduğu kimi bu dəfə də rəqib asan qələbəyə sevinib. Voleybolçularımız yenə 0:4 (15:25, 19:25, 18:25, 23:25) hesabı ilə uduzublar.

Mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq.

Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada