Yığmamızın potensial rəqibləri bilindi - AVRO-2021-nin bütün iştirakçıları

17 May 2021 23:20 Voleybol 821
Yığmamızın potensial rəqibləri bilindi - AVRO-2021-nin bütün iştirakçıları

Qadın voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, bununla da final mərhələsinin bütün iştirakçıları dəqiqləşib.

Belarus, Bosniya və Herseqovina, Macarıstan, Yunanıstan, İspaniya, Slovakiya, Finlandiya, Fransa, Ukrayna, Çexiya, İsveçrə və İsveç milliləri seçmə mərhələdən AVRO-2021-ə yüksəlib.

Bu komandalar 4 ölkənin – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın ev sahibliyi edəcəyi yarışa qatılacaq.

Azərbaycan yığması isə final mərhələsinə AVRO-2019-un nəticələrinə görə vəsiqə qazanan 8 ən yaxşı komandadan biridir.

Millimizlə yanaşı, Belçika, Almaniya, İtaliya, Niderland, Polşa, Rusiya və Türkiyə də qitə çempionatında gücünü sınayacaq.

AVRO-2021-in oyunları avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək. 24 komanda 6 qrupa bölünəcək. Qrupların tərkibi mayın 20-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək püşkatmada müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"