Azərbaycan millisi qələbə ilə vida etdi – AVRO-2021-ə

17 May 2021 02:24 Voleybol 2 346
Azərbaycan millisi qələbə ilə vida etdi – AVRO-2021-ə

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində son matçına çıxan yığmamız Gürcüstanla qarşılaşıb.

Monteneqroda keçirilən II dövrənin son oyun günündəki görüş hər iki komanda üçün formal xarakter daşıyıb. AVRO-2021-ə yüksəlmək şansını itirən autsayderlərin oyununu yenə voleybolçularımız aktivinə yazıblar.

Millimiz qrupda gürcülər üzərində 2-ci qələbəni qazanmaqla xalını 6-ya yüksəldib. Bu, Pərviz Səmədovun rəhbərlik etdiyi komandanın qrupu 3-cü yerdə bitirməsi ilə nəticələnib.

Final mərhələsinə qrup qalibləri və ən yaxşı nəticəyə malik beş 2-ci yer sahibi yüksələcək.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu, II dövrə
Azərbaycan – Gürcüstan - 3:0
(25:13, 25:17, 25:17)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Boqdan Laurentiu Stoyka (Rumıniya)
Podqoritsa. “Verde” İdman Kompleksi

1

Yunanıstan

5

5

0

15-2

14

2

Monteneqro

5

4

1

14-5

13

3

Azərbaycan

6

2

4

8-12

6

4

Gürcüstan

6

0

6

0-18

0

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada