Azərbaycan yığmasına daha 2 yeni legioner - MİLLİLƏŞMƏ

6 May 2021 12:40 Voleybol 3 740
Azərbaycan yığmasına daha 2 yeni legioner - MİLLİLƏŞMƏ

Azərbaycan Voleybol Federasiyası daha iki voleybolçunu milliləşdirib.

Sportinfo.az xəbər verir ki, qadın voleybolçulardan ibarət yığmanın heyətinə iki yeni əcnəbi oyunçu cəlb olunub.

Bunlar toppaylayıcı Valeriya Kondratyeva və blokçu Anastasiya Mertsalovadır. Rusiyalı legionerlər bundan sonra yığmamızın uğurları üçün çalışacaq.

183 sm boya malik Valeriya 21 yaşını iki ay öncə qeyd edib. Ondan bir yaş kiçik olan Anastasiya isə daha ucaboydur – 190 sm.

Son mövsümlərdə “Azərreyl”in şərəfini qoruyan əcnəbilərin milliləşməsini klubun prezidenti Fərid Xəlilov da apasport.az-a təsdiqləyib. O bildirib ki, rusiyalı oyunçular ötən il Azərbaycan pasportu alıblar və bunda da əsas məqsəd Bakı təmsilçisinin voleybolumuza fayda verməsidir.

Legionerlərin milli ilə ilk sınağı isə Qızıl Avropa Liqasında olacaq. Hər iki rusiyalı gələn ay start götürəcək turnirin sifariş vərəqinə daxil edilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada