Yığmamızın hücumçusu klubu ilə müqaviləni uzatmadı

4 May 2021 22:40 Voleybol 1 384
Yığmamızın hücumçusu klubu ilə müqaviləni uzatmadı

Qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçusu Marqarita Stepanenko (Əzizova) Belarusun “Minçanka” klubundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bunu Minsk təmsilçisinin sosial şəbəkədəki səhifəsi açıqlayıb.

Bir il əvvəl bu klubla anlaşan milliləşən legionerin müqaviləsi başa çatıb. Diaqonal oyunçusu yeni klub axtarışına başlayıb.

27 yaşlı hücumçunun çıxış etdiyi “Minçanka” Rusiya çempionatında 5-ci yeri tutub. Belarus təmsilçisi CEV kubokunda 1/8 finala qədər irəliləyib.

2012-17-ci illərdə “Telekom”da oynamış hücumçu Azərbaycan çempionatlarının qızıl (2017) və gümüş (2016) mükafatçısıdır. O, Türkiyə və Polşa klublarında da legioner həyatı yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada