Yığmamız AÇ-a koronavirusa yoluxan baş məşqçisiz yollanacaq

27 Aprel 2021 17:00 Voleybol 483
Yığmamız AÇ-a koronavirusa yoluxan baş məşqçisiz yollanacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə oyunlarına baş məşqçi Fərid Cəlalovsuz yollanacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a məlumatı təcrübəli çalışdırıcının özü verib.

O bildirib ki, hazırda Mingəçevirdə təlim-məşq toplanışında olan komanda ilə birgə olmamağının səbəbi koronavirus infeksiyasına yoluxmasıdır:

“Bir müddətdir ki, bu xəstəliyə tutulmuşdum. Çox ağır keçirdim. Müalicəmdə vitse-prezidentimiz Faiq Qarayevin böyük köməkliyi oldu. Hazırda yaxşılaşmışam. Təxminən bir həftədir ki, ağır günlərim arxada qalıb”.

F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla mübarizə aparacaq yığmamızı bu oyunlara baş məşqçi kimi Pərviz Səmədov çıxaracaq. Ona köməkliyi Dilqəm Qəhrəmanov, Akif Vəliyev və Eldar Əliyev edəcəklər.

Cəlalovun sözlərinə görə, yığma üzvü artıq əsas çalışdırıcı kimi sifariş olunsa da, postundan ayrılmayıb: “Xəstəliyimlə əlaqədar məsləhət oldu ki, yarışlara komanda Səmədovun rəhbərliyi altında yollansın. Oyunlardan sonra yenidən öz vəzifəmi yerinə yetirəcəyəm”.

Seçmə mərhələnin oyunları mayın 7-9-da Gürcüstanda, 14-16-da Monteneqroda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti