Azərbaycan yığması 1 milyon avronu qazana biləcək?

30 Mart 2021 20:40 Voleybol 2 768
Azərbaycan yığması 1 milyon avronu qazana biləcək?

Voleybol üzrə Avropa çempionatlarının mükafat fondu artırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı Avropa Voleybol Konfederasiyası (CEV) verib.

Bu il keçiriləcək kişilər və qadınlar arasında qitə çempionatının hər birində 1 milyon avro sahibini tapacaq. Öncədən bu rəqəmin 750 min avro olacağı planlaşdırılırdı.

Avropa çempionu olacaq yığmalar 500 min qazanacaq. Bu, milli komandaların qitə miqyaslı turnirləri üçün rekord məbləğdir.

İkinci yerin sahibi 250 min əldə edəcək. Bürünc mükafatçı 150, 4-cü yerin sahibi 100 min qazanacaq.

Azərbaycan millisinin də qatılacağı qadınların yarışı avqustun 18-dən sentyabrın 4-dək Belqrad (Serbiya), Plovdiv (Bolqarıstan), Zadar (Xorvatiya) və Klujda (Rumıniya) keçiriləcək.

Kişilər sentyabrın 1-19-dək Krakov, Qdansk, Katovitse (Polşa), Ostrava (Çexiya), Tallin (Estoniya) və Tampere (Finlandiya) şəhərlərində oynayacaq. Azərbaycan millisi çempionatın seçmə mərhələsində mübarizə aparmalıdır.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"