Bakıdan ayrıldı, Macarıstan klubuna keçdi - FOTO

14 Fevral 2021 14:40 Voleybol 1 205
Bakıdan ayrıldı, Macarıstan klubuna keçdi - FOTO

“Azərreyl”in sabiq voleybolçusu Moytsa Penenin yeni komandası bəlli olub.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı sloveniyalı hücumçu karyerasını Macarıstanda davam etdirəcək.

O, DVTK klubu ilə müqavilə imzalayıb. Mövsümün ilk yarısını vətənində keçirən Moysa transferinə münasibət bildirib: “Macarıstanda oynaya biləcəyim üçün çox xoşbəxtəm.

DVTK mənim üçün yeni çağırışdır. Komandanın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm. Özümü əla hiss edirəm və oyunların startını səbirsizliklə gözləyirəm”.

Pene koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan 2019/20 mövsümündə “Azərreyl”də oynayıb.

Onunla yeni müqaviləyə avqustda qarşılıqlı razılaşma ilə xitam verilib. Cari mövsümə vətənində başlayan voleybolçu GEN klubunun formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!