Millimizin AÇ-da ilk üç oyununun vaxtı bəlli oldu

10 Fevral 2021 23:00 Voleybol 521
Millimizin AÇ-da ilk üç oyununun vaxtı bəlli oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yer aldığı Avropa çempionatının seçmə mərhələsinin F qrupunda ilk dövrənin oyunlarının vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, komandalar I dövrədə Gürcüstanda mübarizə aparacaq.

Yığmamız mayın 7-də ilk sınağına çıxacaq. Həmin gün voleybolçularımız Monteneqro ilə qarşılaşacaq.

Ertəsi gün komandamızın rəqibi meydan sahibləri ilə üz-üzə gələcək. Dövrənin son turunda rəqib Yunanıstan olacaq.

İkinci dövrə Monteneqroda təşkil olunacaq.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
I dövrə
I tur, 7 may

Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan
II tur, 8 may
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan
III tur, 9 may
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan

Xəbər Lenti