Millimizin oyunçusu 16 namizəd arasında - Səsvermə başlayır

25 Yanvar 2021 14:40 Voleybol 737
Millimizin oyunçusu 16 namizəd arasında - Səsvermə başlayır

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Atletlər Komissiyasının üzvlərinin müəyyənləşdirilməsi üçün bu gündən səsvermə keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 16 namizəd arasında qadın voleybol millimizin Braziliyanın “Sesi Bauru” klubunda çıxış edən sabiq üzvü Polina Rəhimova da var.

Səsvermə prosesi yanvarın 31-də başa çatacaq. Səslər bərabər olacağı halda, ikinci səsvermə 2-3 fevral tarixlərində keçiriləcək.

Atletlər Komissiyası 10 üzvdən ibarət olacaq. Onlardan beşi voleybolçular, beşi isə FIVB-nin braziliyalı prezidenti Ari Qrasa tərəfindən seçiləcək. Səsvermə onlayn formada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!