Azərbaycan millisi dünyada 26-cı oldu

10 Yanvar 2021 23:00 Voleybol 1 257
Azərbaycan millisi dünyada 26-cı oldu

Beynəlxalq Voleybol Federasiyası (FİVB) yığmaların reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının 2021-ci ilin ilk cədvəldəki mövqeyi bəlli olub.

Kişi voleybolçulardan ibarət komandamız planetin 57-cisidir. Millimizin aktivində 101 xal var. Bu siyahıya Braziliya başçılıq edir - 427 xal. İlk “üçlük”də yer alan Polşa 384, ABŞ 365 xala malikdir.

Qadın voleybolçularımız daha yüksək mövqedə qərarlaşıb. Millimiz 127 xalla dünyada 26-cıdır.

Bu reytinqində Çin 391 xalla öndədir. 382 xala malik ABŞ və 328 xal toplayan Braziliya ilk “üçlük”dədir. Avropanın ən yaxşısı olan İtaliya 300 xalla 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada