Azərbaycan yığmasının ünlü siması: "Mən dinc dünya istəyirəm"

9 Yanvar 2021 14:40 Voleybol 704
Azərbaycan yığmasının ünlü siması: "Mən dinc dünya istəyirəm"

"Mən dinc dünya istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq hücumçusu Polina Rəhimovaya məxsusdur.

2007-ci ildən millimizdə çıxış edən tanınmış oyunçu 2020-ci ilin əvvəlində millidəki karyerasını başa vurub. O, Vətən müharibəsində Azərbaycan Ordusuna təbliğat dəstəyi verib:

"Ölkəm İkinci Qarabağ müharibəsindən yeni çıxıb. Bu müharibədə ailələrini itirən çoxlu sayda uşaq var. Mən onların reabilitasiyasına kömək etmək istəyirəm.

Bunu edə biləcəyim ən yaxşı yol voleyboldur. Federasiyamız və mən bu uşaqların sağ qalmasına kömək edəcəyik.

Hobbi olaraq həyatımda çox səyahət etdim, amma voleybolu sevən, lakin yaxşı təşkil edə bilməyən ölkələrə voleybol ehtirasını gətirmək üçün bacardığım qədər səyahət etmək istəyirəm".

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!