Yığmamızın hücumçusu: "İndi borcumu qaytarmaq vaxtı gəlib"

5 Yanvar 2021 21:20 Voleybol 1 333
Yığmamızın hücumçusu:  "İndi borcumu qaytarmaq vaxtı gəlib"

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Beynəlxalq Voleybol Federasiyasınn (FIVB) İdman Komissiyasına namizədlərdən biri olmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu bu barədə "worldofvolley"ə açıqlama verib.

Rəhimova FIVB-in layihələrinin bir hissəsi olmağa hazır olduğunu söyləyib: "Voleybol mənim həyatımdır, indi voleybola borcumu qaytarmaq vaxtı gəlib. Uzun illlər müxtəlif ölkələrdə və qitələrdə -

Avropa, Asiya, Cənubi Amerikada yüksək səviyyəli voleybol oynadım. Dünya rekordunu qırdım, çox mükafat qazandım, fərqli voleybol mədəniyyətlərini öyrəndim. Həyatımın yarıdan çoxunu voleybolda keçirmişəm.

Gələcəyimiz olan uşaqlar vasitəsilə onun bir parçasına çevriləcəm. Uşaqlarımız daha yaxşı həyat qurmağımız üçün şansdır və təcrübəmi voleybola ac olan gənc oyunçularla bölüşmək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada