Millimizin sabiq hücumçusuna vəzifə veriləcək?

1 Yanvar 2021 19:40 Voleybol 1 080
Millimizin sabiq hücumçusuna vəzifə veriləcək?

Beynəlxalq Voleybol Federasiyası (FIVB) qurumun İdman Komissiyasına namizədlərin adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 16 nəfərlik siyahıda Azərbaycan millisinin sabiq voleybolçusu, hazırda Braziliyanın "Sesi" klubunda çıxış edən Polina Rəhimova da var.

31 yaşlı hücumçu komissiyaya seçiləcək 10 üzvdən biri ola bilər. Səsvermə yanvarın ikinci yarısında gerçəkləşəcək.

Siyahıda Türkiyə voleybolunun tanınmış simalarından Neslihan Demir Gülerin də adı var.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!