Yığmamızın oyunçusu özünü “Qalatasaray”a göstərdi - VİDEO

27 Dekabr 2020 18:00 Voleybol 1 557
Yığmamızın oyunçusu özünü “Qalatasaray”a göstərdi - VİDEO

Azərbaycan millisinin voleybolçusu Ayşən Əbdüləzimova Türkiyə çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu “Sarıyer” “Qalatasaray”la qarşılaşıb.

Ayşənin komandası 3:1 (25:20, 25:18, 18:25, 25:19) hesablı səfər qələbəsi qazanıb. Voleybolçumuz “Sarıyer”in qələbəsinə 20 xalla töhfə verib. O, 13 dəfə hücumda, 7 dəfə blokda xal qazanıb.

Bu qələbədən sonra “Sarıyer” 22 matçda topladığı xalların sayını 24-ə çatdırıb. Komanda 16 iştirakçı arasında 12-cidir.

Xəbər Lenti