"Qələbə istəyirdik, məğlub olduq, bu oyunun bizə mənfi təsirləri olacaq”

21 Noyabr 2020 01:38 Türkiyə 768
"Qələbə istəyirdik, məğlub olduq, bu oyunun bizə mənfi təsirləri olacaq”

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Millətlər Liqasının sonuncu turunda Macarıstana qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, 68 yaşlı mütəxəssis 0:2 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Bu oyunda rəqibdən ilk matçın qisasını almaq və liderlik üçün qələbə qazanmaq istəyirdik. Qələbə hissiylə hərəkət etmək istədik, amma alınmadı.

Sərgilədiyimiz oyun qələbə üçün kifayət deyildi. Oyun xarakterimizi göstərə bilmədik, fiziki və zehni yorğunluq var idi. Nə olur olsun, qələbə qazanmalıydıq.

Rəqib heç-heçəyə razı idi, iki qol vurdu. Biz qələbə istəyirdik, məğlub olduq. Bu komandanı məğlub edə biləcək gücümüz var idi.

Futbolçularımın keyfiyyətinə şübhəm yoxdur. Yaxşı futbolçular da pis oynaya bilər. Martdan etibarən daha yaxşı oyunla, yaxşı işlər görəcəyimizi düşünürəm.

Bu oyunun bizə mənfi təsirləri olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var