Fatih Terim: "Səhv istəmirəm, “Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz”

16 Sentyabr 2020 12:58 Türkiyə 948
Fatih Terim: "Səhv istəmirəm, “Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz”

“Bakıya qələbə dalınca gedirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunöncəsi deyib.

Təcrübəli mütəxəssis hədəflərinin mərhələ adlamaq olduğunu söyləyib: “Bu oyunun sığortası yoxdur. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm. “Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz”.

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti