Azərbaycanda federasiyanın yeni prezidenti müəyyənləşdi

31 May 03:10 Türkiyə 942
Azərbaycanda federasiyanın yeni prezidenti müəyyənləşdi

Motosiklet İdman Federasiyasının yeni prezidenti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qurumun yeni rəhbəri Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən İctimai Birliyin ümumi yığıncağında bəlli olub.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

Federasiya prezidenti Kür Səfərəliyev isə təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra federasiya rəhbərliyinə seçki keçirilib. Fuad Bağırov Motosiklet İdman Federasiyasının prezidenti seçilib.

Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Fuad Bağırov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti