Super Liqa ilə bağlı qərar verildi - rəsmi

28 May 2020 19:30 Türkiyə 754
Super Liqa ilə bağlı qərar verildi - rəsmi

Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası olub.

Sportinfo.az TFF-in saytına istinadən xəbər verir ki, iclasda Super Liqanın taleyi ilə bağlı son qərar verib. Mövsümün daha öncə açıqlandığı kimi, iyunun 12-də bərpa olunacağı bildirilib. Oyunların təqviminin gün ərzində açıqlanacağı qeyd olunub.

Kubokun yarımfinalının cavab oyunlarının tarixi isə açıqlanıb. İyunun 16-da "Fənərbaxça” – "Trabzonspor”, iyunun 18-də isə "Alanyaspor” – "Antalyaspor” matçı keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqası mart ayında - 27-ci turda koronavirus pandemiyasına görə dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu