"Fənərbaxça"lılar papaq və şərflərini meydana atdı - FOTOLAR

26 Yanvar 2020 23:40 Türkiyə 1 462
"Fənərbaxça"lılar papaq və şərflərini meydana atdı - FOTOLAR

"Fənərbaxça" azarkeşləri Türkiyə Superliqasının 19-cu turunda dünən keçirilən "Başakşəhər"lə matçda (2:0) etdikləri hərəkətlə diqqət çəkiblər.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri zəlzələ baş verən Elazığa göndərilməsi üçün papaq və şərflərini meydana atıblar.

Bunda sonra onlar "Elazığ üşümə, "Fənərbaxça" səninlə" şüarı səsləndiriblər. Komandanın baş məşqçisi Ersun Yanal isə meydana atılan əşyaların bəzilərini öpüb və azarkeşləri alqışlayıb.

Qarşılaşmanın hakimi Fırat Aydınus baş verənlərə görə matçı bir neçə dəqiqəlik dayandırıb. Görüş bitdikdən sonra papaq və şərflər toplanaraq nümayəndələrə verilib.

Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı 39-a yüksəlib.





















Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?