COP29

"Qalatasaray"ı məğlub etdi, şansını son tura saxladı - VİDEO

20 May 01:30 Türkiyə 468
"Qalatasaray"ı məğlub etdi, şansını son tura saxladı - VİDEO

Türkiyə Superliqasının XXXVII turun görüşləri çərçivəsində “Qalatasaray” “Fənərbağça” ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, turun bağlanış matçı "Rams Qlobal Stadionu"nda baş tutub.

Qarşılaşmada qonaqlar qələbə (1:0) qazanıb.

Görüşdə yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, bu nəticənin ardından “Fənərbağça” xallarının sayını 96-ya çatdıraraq turnir cədvəlində ikinci sırada qalıb. Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" isə 99 xalla liderdir.

Çempion komandanın adına sonuncu turda aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"