“Bayern”də icarə əsasında çıxış edən “Çelsi”nin hücumçusu Nikolas Ceksona transfer bazarında tələbat çoxdur.
Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, “Yuventus”, “Milan”, “Fənərbaxça” və “Əl-Əhli” də daxil olmaqla bir neçə klub forvardı heyətinə qatmaqda maraqlıdır.
Cekson bu mövsüm “Bayern”in heyətində 29 oyunda meydana çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Onun “Çelsi” ilə müqaviləsinin müddəti isə 2033-cü ilin ortalarına qədərdir.

