Gözlənilməz baş məşqçi dəyişikliyi baş verdi - O, geri qayıtdı

7 Mart 15:20 Türkiyə 505
Gözlənilməz baş məşqçi dəyişikliyi baş verdi - O, geri qayıtdı

“Gənclərbirliyi”ndə gözlənilməz məşqçi dəyişikliyi baş verib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu cəmi üç ay əvvəl yollarını ayırdığı sabiq futbolçu, baş məşqçi Volkan Demirellə yenidən müqavilə imzalayıb.

44 yaşlı mütəxəssis bu vəzifədə Levent Şahini əvəzləyib.

Komandanın yaydığı rəsmi bəyanatda V. Demirelin komandanın strukturunu və oyunçuları yaxın tanıdığı vurğulanaraq, onunla 1,5 illik müqavilə bağlandığı bildirilib:

“Klubumuzun dəyərlərini mənimsəyən və oyunçularımızı yaxşı tanıyan Volkan Demirelin geri qayıtmasını salamlayırıq”.

"Gənclərbirliyi” hazırda Super Liqada 24 həftədən sonra 24 xalla 12-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq