“Qalatasaray”ın Super Liqa matçı təxirə salındı - “Liverpul”a görə

3 Mart 21:40 Türkiyə 552
“Qalatasaray”ın Super Liqa matçı təxirə salındı - “Liverpul”a görə

Türkiyə Super Liqasında 27-ci turun iki oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb klubların avrokuboklardakı matçlarıdır. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edən “Qalatasaray”la UEFA Konfrans Liqasında yoluna davam edən “Samsunspor”un oyunu nəzərdə tutulan vaxtda baş tutmayacaq.

TFF qarşılaşmaların nə vaxt keçiriləcəyini növbəti günlərdə açıqlayacaq.

“Qalatasaray” Çempionlar Liqasında “Liverpul”la (10-18 mart), “Samsunspor” isə Konfrans Liqasında “Rayo Valyekano” ilə (12-19 mart) üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı