Premyer Liqa klubundan müdafiəçini icarəyə götürdü - “Beşiktaş”

18:40 Türkiyə 101
Premyer Liqa klubundan müdafiəçini icarəyə götürdü - “Beşiktaş”

“Beşiktaş” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul klubu “Aston Villa”dan Yasin Özcanı satınalma bəndi ilə icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli futbolçu mövsümün ikinci yarısını “qara qartallar”ın heyətində keçirəcək. 19 yaşlı mərkəz müdafiəçisi artıq yeni komandası ilə ilk məşqinə çıxıb.

“Aston Villa” Yasin Özcanı 2025-ci ilin yayında “Kasımpaşa”dan 7 milyon avroya transfer edib. Türkiyə U-21 millisinin üzvü mövsmün ilk yarısında icarə əsasında “Anderlext”in formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti