“Fənərbaxça” liderlik yarışında ağır zərbə aldı - VİDEO

01:30 Türkiyə 90
“Fənərbaxça” liderlik yarışında ağır zərbə aldı - VİDEO

“Fənərbaxça” doğma meydanda xal itirərək liderlik yarışında ağır zərbə alıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə Süper Liqanın 19-cu həftəsində “Fənərbaxça” öz meydanında “Göztəpə”ni qəbul edib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçın 17-ci dəqiqəsində Nene ilə hesabı açan İstanbul təmsilçisi üstünlüyünü qoruya bilməyib. İzmir klubu 24-cü dəqiqədə Jandersonun qolu ilə tarazlığı bərpa edib.

“Sarı-lacivərdlilər” üçün oyun həm də məcburi əvəzetmə ilə yadda qalıb. Belə ki, matçın 38-ci dəqiqəsində zədələnən İsmayıl Yüksək meydanı tərk etməli olub və onu Fred əvəzləyib.

Bu nəticədən sonra “Fənərbaxça” lider “Qalatasaray” arasında xal fərqi 3-ə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!
25 Yanvar 01:00 "Neftçi"dən 100-cü...