“Beşiktaş” hücumçusunu 21 milyon avroya satır - Premyer Liqa klubuna

24 Yanvar 22:00 Türkiyə 371
“Beşiktaş” hücumçusunu 21 milyon avroya satır - Premyer Liqa klubuna

“Beşiktaş”ın hücumçusu Temmi Abraham karyerasını yenidən İngiltərədə davam etdirməyə yaxındır.

“Çelsi”nin yetirməsi olan futbolçu “Dumanlı Albion”a qayıtmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı forvard “Aston Villa”ya keçəcək.

Tərəflər artıq danışıqları yekunlaşdırıb və transferin məbləği 21 milyon avro olaraq razılaşdırılıb.

İngiltərəli futbolçu cari mövsümdə “Beşiktaş”ın heyətində 26 oyunda meydana çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Aston Villa” İngiltərə Premyer Liqasında 22 turdan sonra 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Arsenal”dan 7 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 20:00 Çək və bizə göndər!
15 Fevral 08:50 Liqa klubunda ayrılıq