Yeni baş məşqçiyə yanvara kimi vaxt verdi - “Fənərbaxça”

9 Oktyabr 15:40 Türkiyə 925
Yeni baş məşqçiyə yanvara kimi vaxt verdi - “Fənərbaxça”

Baş məşqçi Domeniko Tedesko “Fənərbaxça”nın bir müddət əvvəl Türkiyə Super Liqasında “Samsunspor”u məğlub edə bilməməsindən sonra (0:0) təzyiqlərə məruz qalıb.

Onun komandanın “sükanı arxasında” cəmi 7 oyundan sonra qovulacağı barədə söhbətlər gedirdi.

Sportinfo.az “Fotomaç”-a istinadən xəbər verir ki, “Fənərbaxça”nın prezidenti və idarə heyəti məşqçi dəyişikliyinin xeyirdən çox zərər verəcəyinə qərar verib.

Tedesko ən azı yanvar ayına kimi postunda qalacaq, bundan sonra klub rəhbərliyi onun fəaliyyətini nəzərdən keçirəcək.

“Fənərbaxça” hazırda Türkiyə Super Liqasının turnir cədvəlində 4-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda