Növbəti baş məşqçi istefası gerçəkləşdi - Türkiyə Super Liqasında

8 Oktyabr 18:40 Türkiyə 818
Növbəti baş məşqçi istefası gerçəkləşdi - Türkiyə Super Liqasında

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, “Kayserispor” Markus Gisdolla yollarını ayırıb.

Bu barədə klubun prezidenti Nurettin Açıkalın məlumat verib.

Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Gisdol mövsümün əvvəlində “Kayserispor”un baş məşqçisi təyin olunmuşdu.

“Sarı-qırmızılar” Super Liqada 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 17:10 Çək və bizə göndər!
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO