Sane “Qalatasaray”ın üstündə dava saldı - Festivalın şərab çadırında

8 Oktyabr 2025 00:20 Türkiyə 987
Sane “Qalatasaray”ın üstündə dava saldı - Festivalın şərab çadırında

“Qalatasaray”ın almaniyalı ulduzu Leroy Sane Münhendə keçirilən məşhur “Oktoberfest” festivalında bir qrup azarkeşlə mübahisə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə festivalın şərab çadırında baş verib.

Belə ki, “Qalatasaray”a qarşı təhqiramiz ifadələr işlədən bir qrup azarkeşlə futbolçu arasında gərginlik yaranıb və mübahisə qısa müddətli qarşıdurmaya çevrilib.

Təhlükəsizlik əməkdaşlarının vaxtında müdaxiləsi sayəsində vəziyyət nəzarətə alınıb.

Sane hadisə ilə bağlı bildirib ki, festival çadırında uzun müddət təxribatlara və təhqirlərə məruz qalıb:

“Komandam “Qalatasaray”a da hörmətsizlik edildi. Gərginlik yarandı və anlaşılmazlıq oldu. Daha sakit davranmalı idim, bu, mənim üçün bir dərs oldu”.

29 yaşlı futbolçu son vaxtlar zəif çıxışı və Almaniya millisindən çağırış almaması ilə gündəmdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti