Hələ də “Qalatasaray”ın transfer siyahısındadır - 15 milyon avro təklif edir

18:20 Türkiyə 134
Hələ də “Qalatasaray”ın transfer siyahısındadır - 15 milyon avro təklif edir

“Mançester Siti”nin qapıçısı Ederson Moraes hələ də “Qalatasaray”ın transfer siyahısındadır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi 32 yaşlı futbolçunun transferi üçün “şəhərlilər”ə 15 milyon avro təklif edir.

Türklər Edersonun özü ilə maaşı 7 milyon avro olacaq üç illik müqavilə imzalamağa hazırdırlar.

Braziliyalı futbolçu 2017-ci ilin iyulundan “Mançester Siti”də çıxış edir. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti