“Onun kimi futbolçunu hamı istəyər, amma klubun tələbləri kifayət qədər yüksəkdir”

11 İyul 18:20 Türkiyə 409
“Onun kimi futbolçunu hamı istəyər, amma klubun tələbləri kifayət qədər yüksəkdir”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk son günlər İstanbul klubunun maraq dairəsində olan Hakan Çalhanoğlunun mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Hazırda “İnter”də çıxış edən türk yarımmüdafiəçiyə maraq artmaqdadır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli çalışdırıcı Çalhanoğlunun oyununa heyran olduğunu gizlətməyib:

“Hakan kimi futbolçunu hamı istəyər. O, Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biridir.

Mən onu uzun illərdir tanıyıram və bilirəm ki, “Qalatasaray”ı sevir. Amma “İnter”in tələbləri kifayət qədər yüksəkdir”.

31 yaşlı futbolçu 2021-ci ildən bəri A Seriyasında “İnter”in formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!